
Biz Sizə müasir Volkswagen servis mərkəzində bütün texniki xidmət və təmir işlərini təklif edirik. Bizim mütəxəssislərin təcrübəsi, profesionallığı və səriştəliliyi zamanın sınağından çıxmış və minlərlə müştəri rəyi ilə yoxlanılmışdır. Avtomobilinizi mütəxəssislərə etibar edin! Sizi hər gün gözləyirik.
Biz aşağıda göstərilən texniki baxış, avtomobillərin təmiri və ehtiyat hissələrin satışı üzrə xidmət kompleksini sizə təklif edirik:
- Avtoservisdə texniki baxış və avtomobilin təmiri
- Volkswagen avtomobil mühərriklərinin təmiri
- Ksenon işıqların quraşdırılması
- Avtomobil siqnalizasiyalarının satışı və quraşdırılması
- Təkərlərin balans və şin montaj işləri
- Elektrik avadanlıqların təmiri
- Avto yuma və kimyəvi təmizləmə
- Volkswagen, Seat və Audi avtomobilləri üçün ehtiyat hissələrinin satışı
- Volkswagen orijinal aksessuarlarının satışı
Bizim avtoservis ən müasir və dünyada öndə gedən istehsalçılardan olan avadanlıq ilə təchiz olunub. Bu bizə bütün lazım olan texniki xidmət və təmir işlərini yüksək səviyyədə və tez bir zamanda həyata keçirmək imkanı yaradır. Uzun müddətli təcrübəsi olan avtoservisin heyəti avtomobilin hər bir dərdinə diqqətlə yanaşacaq və məsələnin çözülməsi üçün ən optimal variant təklif edəcəklər.
Bizim avtoservisin mütəxəssislərinin müxtəlif avtomobillərin ksenon işiqlarının quraşdırılmasında böyük təcrübəsi vardır . Avtoservisdə Siz avtomobilinizin təmir işlərini, texniki xidmətini və diagnostikasını müşahidə edə bilərsiniz. Mütəxəssislərimiz Sizi avtomobilə ötürüb, avtomobildə yaranan bütün nasazlıqları başa salıb onları aradan qaldırmağın yollarını təklif edəcəklər.
“Euro Style Ltd” servisi – Azərbaycanda olan Volkswagen brendin sertifikatlaşdırılan servis mərkəzidir və Babək prospekti 35A ünavanında yerləşir. Həftənin 7 günü istifadənizdə olan servis mərkəzimiz 09:00 – 18:00 saatlarında fəaliyyət göstərir. Avtomobillərin qəbulu 09:00 – dan həyata keçirilir.
Bizim telefon (012) 514 58 58 24 saat qaynar xətt - (040) 202 11 76.
Həmçinin Siz evakuator xidmətndən də istifadə edə bilərsiniz. Tel (055) 300 38 00.
Hörmətli müştərilərimiz, Sizin təhlükəsizliyiniz üçün bizim servisdə şində havanın təzyiqinin , işıqlanma avadanlıqlarının, exspluatasiya olunan maye səviyyəsinin yoxlanılması pulsuz həyata keçirilir. Siz yalnız işlənilən materialların haqqını ödəyəcəksiniz. Zəhmət olmasa, əgər bu xidmətin Sizə lazım olmadığını düşünürsünüzsə, usta qəbulçuya bu haqda məlumat verin.