Volkswagen dünyasına xoş gəlmişsiniz.
Polo Golf Eos Jetta Passat Passat CC Tiguan Touran Touareg Phaeton Kommersiya Avtomobill?ri
>Bizim Şirkət
>Kampaniyalar
>Kredit kalkulyatoru
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>Media
>www.tiguan.az
>www.touareg.az
Xəbərlər.
Volkswagen Scirocco R modelinin rəsmi fotoları yayımlanıb
Volkswagen şirkəti özünün kupesi Scirocco-nun “qaynar” versiyası barədə ətraflı məlumatı və ilk rəsmi şəkillərini yayımlayıb. Scirocco R adını alan modelin protopini hələ ötən il Bolonyada keçirilən avtosalonda təqdim olunmuşdu. Artıq o vaxt məlum idi ki, R variantı “adi” Scirocco ilə müqayisədə daha aqressiv aerodinamik bodi-kit, fərqli əyləc sistemi, sərt asma və orijinal 18-19 düymlük təkər diskləri əldə edəcək. Lakin mühərrik və transmissiya “sualı” açıq olaraq qalırdı.

Almanların yaydığı məlumata əsasən, Scirocco R-in kapotu altında 2.0 litrlik turboüfürməli mühərrik yerləşdiriləcək. 2500-5000 dövr/dəqiqə arası 350 Nm maksimal fırlanma anı hasil edən aqreqatın gücü 265 “ata” bərabərdir. Transmissiya qismində mexaniki sürət qutusu və ya ikili muftalı DSG “avtomatı” çıxış edəcək. Maraqlısı budur ki, model tamötürmə sisteminə sahib olmayacaq. Almanlar “qaynar” kupedə ön ötürmə sistemini qoruyub saxlamaq qərarını verib. Görünür, Volkswagen bu addımla sentyabr ayında peyda olacaq Golf R20 modeli ilə Scirocco R-i az da olsa, “ayırmaq” istəyir (çox güman ki, R20 tamötürməli olacaq).

Avtoistehsalçının məlumatına görə, DSG ilə təchiz olunan kupenin 0-100 km/saat sürətlənməsi cəmi 6.5 saniyəyə mümkün olacaq. “Adi” mexaniki sürət qutusu ilə bu göstərici 6.5 saniyəyə bərabərdir ( müqayisə üçün bildirək ki, tamötürməli transmissiyalı 3.2 litr iş həcmli (250 at gücü) mühərrikə sahib ötən nəsil Golf R32 bu “işi” uyğun olaraq 6.2 və 6.5 saniyəyə görür). Maksimal sürət isə 250 km/saat civarında elektronika ilə məhdudlaşdırılıb.

Volkswagen Scirocco R-in Avropa dilerlərində peyda olması payız aylarına planlaşdırılır. Avtomobilin qiyməti barədə isə hələ ki, məlumat verilmir.