Volkswagen dünyasına xoş gəlmişsiniz.
Polo Golf Eos Jetta Passat Passat CC Tiguan Touran Touareg Phaeton Kommersiya Avtomobill?ri
>Bizim Şirkət
>Kampaniyalar
>Kredit kalkulyatoru
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>Media
>www.tiguan.az
>www.touareg.az
Xəbərlər.
Frankfurt avtoşousu 2009
Bir çox avtoistehsalçılar artıq 2010-2011-ci illərdə seriyalı istehsala ya elektrokarlar, ya da ki minimal CO2 tullantılı və “dietik” yanacaq sərfiyyatlı avtomobillər buraxmaq fikrindədir. Volkswagen isə belə modelləri istehsal etməkdə tələsmir. Lakin şırkət bu yönəmdə olan proyektlərini də sərgiləməkdən qaçmır.

Frankfurt avtosalonunda VW iki konsept-karını – L1 hibrid avtomobilini və E-Up! elektromobilini sərgiləyirdi. Hibrid avtomobilin güc qurğusu 0.8 litrlik dizel aqreqatı (29 at gücü) və 14 at güclü elektromühərrikdən ibarətdir. Transmissiya qismində 7 pilləli DSG çıxış edir. Bunun sayəsində avtomobil 160 km/saat-dək sürətlənmək imkanına malikdir və onun yanacaq sərfiyyatı cəmi 1.49 litr təşkil edir. Avtomobil həmçinin olduqca “ekolojidir” – atmosferə buraxılan CO2-in tullantıları cəmi 39 qr/km-ə bərabərdir. Bu isə artıq rekorddan xəbər verir.

Yeri gəlmişkən, Volkswagen L1 nəinki istismar göstəricilərinə görə, həmçinin çəki cəhətdən rekordları vurmağa qadirdir. Karbondan hazırlanan konseptin çəkisi cəmi 124 kq-a bərabərdir.

Ikinci debütant –E-Up! konsept-karı daha ağırdır, lakin müasir şəhər avtomobili üçün 1085 kq çəki o qədər də pis göstərici deyil. Konseptin əsas ideyası isə atmosferə buraxılan tullantıların 0-a bərabər olmasıdır. Modelin güc qurğusu qismində 40 kVt-lıq və 210 Nm maksimal fırlanma anına sahib elektromühərrik çalışır. Bu aqreqatla avtomobilin “maksimalı” 135 km/saat-a, “100”-ə qədər sürətlənmə vaxtı isə 11.3 saniyəyə bərabər olur. Şirkət rəsmilərinin sözlərinə əsasən, hər iki konseptin konveyerə buraxılması 2013-cü ilə planlaşdırılır.

Volkswagen şirkəti Frankfurtda həmçinin yeni nəsil Golf-un ən güclü modifikasiyasını təqdim etdi. Golf R olduqca aqressiv zahiri görünüş əldə edib. Eksteryerdə diqqət çəkən elementlərdən yeni ön bamperi və ona quraşdırılan üç iri havaçəkənləri, qara rəngə boyanan arxa görüntü güzgülərini, iri arxa spoyleri, diffuzoru, eləcədə arxa bamperin ortasında yer alan çıxış borusunun başlıqlarını qeyd etmək olar.

Avtomobilin kapotu altında 2 litr iş həcmli 4 silindrli mühərrik yerləşdirilib. Turboüfürmə və birbaşa çiləmə sistemli aqreqat 270 at gücü və maksimal 320 Nm fırlanma anı hasil edir. Mühərrik ya 6 pilləli “mexanika”, ya da ki iki muftalı 6 pilləli DSG sürət qutusu ilə tandemdə çalışacaq. Maksimal sürət elektronika ilə 250 km/saat civarında məhdudlaşdırılıb.

“Qaynar” avtomobil üç və beş qapılı kuzov variantında təklif olunacaq. Ən güclü Golf-un avropa bazarında peyda olması cari ilin sonuna planlaşdırılır. Golf R-in qiyməti isə hələ ki, açıqlanmır. Almanlar həmçinin Frankfurta Polo-nun yeni modifikasiyalarını, eləcədə Scirocco R modelini gətirmişdi.