Volkswagen das auto
Volkswagen dünyasına xoş gəlmişsiniz.
Polo Golf Jetta Yeni Passat Passat CC Tiguan Touareg Phaeton Amarok Kommersiya Avtomobill?ri
>Bizim Şirkət
>Kampaniyalar
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>Media
>www.touareg.az
>www.amarok.az
Media.
Volkswagen Polo: beşinci cəhddə yenə uğur!
Azərbaycanda yeni Volkswagen Polo-nun satışlarına Avropada “Car of The Year” müsabiqəsinin nəticələrinin elan olunmasından bir neçə gün əvvəl start verilmişdi. Yeni avtomobili qabaqcadan sifariş verənlər yanılmayıblar, indi onlar dəqiq bilirlər ki, idarə etdikləri avtomobil “2010-cu ilin ən yaxşı avtomobili”dir. Volkswagen Polo-ya öz ölkəsində yetərincə tələbat var. Almaniyanın avtomobil mətbuatının məlumatlarına görə, 2009-cu ilin noyabrında kiçik litrajlı Volkswagen (qiyməti 12.150 avrodan başlayır) ölkədə 8.375 nüsxə tirajı ilə satılıb. Bu göstərici bu avtomobilə “B” seqmentindəki əsas rəqibi Opel Corsa-nı geridə qoymağa imkan verdi.
Yeni avtomobil zahirən sadə görünüşə malikdir. Yeni Polo-nun (Polo New) salonunun tərtibatından söhbət açarkən hər hansı təmtəraqdan danışmaq doğru olmazdı. Hər şey soyuq alman məntiqinə uyğundur. Sadəcə onu qeyd edək ki, Polo-nun interyerində hər şey santimetrinədək öz yerindədir. Burada hər bir düymə rahat və funksionaldır. Sürücüyə bundan artıq nə lazımdır ki? Üstəlik, yeni Polo-nun cihazlar panelində klaviş və düymələrin sayı çox deyil və onlardan asanlıqla baş çıxarmaq olur.
Rəqəmləri qırmızı işıqla işıqlandırılan kondisioner sisteminin idarə olunması da çətin deyil. Hətta təcrübəsiz adam da bir neçə saniyəyə bunlardan baş çıxara bilər. Maqnitola üzərindəki klavişlərə gəldikdə, burada sürücü üçün zəruri olan hər şey var: oturacaqların və güzgülərin isidilməsi, qəza siqnalı. Hər şey həddən artıq sadədir.
Sürücü kreslosu barədə də eyni sözləri demək olar. Bu kresloda oturmaq çox rahatdır, sağ tərəfdə dirsək altlığı nəzərdə tutulub. O, çox da enli deyil, amma təhlükəsizlik kəmərlərini taxmaq istəsəniz, yaxşısı budur dirsək altlığını yuxarı qaldırasınız, çünki əks təqdirdə o, kəmərin öz yerinə oturmasına mane olacaq. Kreslodakı irəliyə doğru hərəkət edən qutu (boks) iri və ən əsası funksionaldır. Təbii ki, bu, müsbət cəhətdir. Bayır güzgülərin korpusuna dönmə siqnallarını əvəz edən narıncı işıq diodları yerləşdirilib.
Sükan çarxı üçmillidir və zərif üslubda hazırlanıb. Dərhal görünür ki, avtomobil qadın auditoriyasına ünvanlanıb və sükan çarxına səliqəli qadın əlləri toxunacaq. Amma maraqlıdır ki, sükana multi-funksiya əlavə edilməyib. Artıq multi-sükan Polo-nun rəqiblərində standart komplektasiyaya daxildir.
Günlüklərdə (yəni günəş əleyhinə sipərlərdə) qadınlar üçün işıqlandırılan kiçik güzgülər quraşdırılıb. Yarımdairəvi günlüyün altındakı cihazların tərtibatı çox sadədir: solda taxometr, sağda isə “240” ədədinədək göstəriciləri olan spidometr var. Dairələrin ortasında maye kristallı ağ-qara displey üçün yer ayrılıb. Onun vəzifəsi sürücüyə bakda qalan yanacağın miqdarı, bortdan kənardakı temperatur, cari vaxt və qət edilən məsafə (kilometraj) barədə məlumat verməkdən ibarətdir. Günlüyün plastmas materialı cihazlar panelinin bəzi digər elementləri kimi yumşaqdır və zədələnmə təhlükəsi daşımır.
Arxa divanda iki nəfərin özünü yetərincə komfortlu hiss etməsi üçün yer var. Amma üç nəfərə yer darısqallıq edər (ilk növbədə çiyin nahiyəsində). Amma salondakıların başı üzərində xeyli yer var, belə ki, avtomobilin dam örtüyü hündürdür. Yeri gəlmişkən, dam örtüyündə oxumaq üçün üç çıraq var (ikisi qabaqda, biri arxada). Açığını desək, Polo geniş tutumu ilə öyünə biləcək nəqliyyat vasitəsi deyil. Bağ qonşularınızın qarşısında da öyünməyə dəyməz – kompakt hetçbekin baqaj yerinin həcmi cəmi 280 litr təşkil edir. Yaxşı ki, ehtiyat təkər üçün orada xeyli yer var.
Tam yüklənmiş Polo-nun yerindən necə tərpəndiyini söyləmək çətindir (biz yalnız boş avtomobili sınaqdan keçirdik), amma yük bölməsi və salon boş olarkən avtomobil sürətlə hərəkət edir. Qeyd edək ki, sınaqdan keçirdiyimiz avtomobilin mühərriki 1,4 litr həcmində idi. Bu köndələn yerləşdirilmiş Volkswagen TSI mühərrikidir. Sələfindən fərqli olaraq, o, 85 at gücünə malikdir, yəni onun gücü sələfinin gücündən on vahid çoxdur. Hətta balaca uşağa da aydındır ki, ağır olmayan bu avtomobil üçün bu qədər əlavə güc onun dinamika göstəricilərinə müsbət təsir göstərib. Polo yerindən çevik start götürür, onun sürətyığma göstəricisi heç də pis deyil. Yüksək sürətlə hərəkət zamanı yolda özünü inamla aparır – bunlar test-drayvdan sonra çıxardığımız nəticələrdir.
1,4 litr həcmli güc aqreqatı maksimal fırlanma dövrələrinədək rahatca fırlanır. Volkswagen-in ənənəsinə uyğun olaraq, avtomobilin DSG transmissiyası əladır. İndiyədək onu Polo avtomobillərinə quraşdırmamışdılar, buna görə də testdən keçirdiyimiz yeni Polo-da onu sınamaq bizə maraqlı idi. Etiraf edək ki, testdən keçirdiyimiz avtomobilin transmissiyasının tipi barədə qabaqcadan məlumatlı deyildik. Avtomobili idarə edərkən transmissiyanın davranışından hiss etdik ki, avtomobilə 7 pilləli DSG robotik transmissiyası quraşdırılıb. Həqiqətən də, əla robotdur, söz ola bilməz. Avtomobil dayandığı yerdən hansı sürətlə şütüyürsə-şütüsün, mühərrikin təkərlərə ötürdüyü güc axınında fasilə yaranmır. Sürətlər bir-birini rahatca, rəvan şəkildə əvəz edir. Siz sadəcə sükanı fırladırsınız və transmissiyanın daxilində hansı proseslərin getdiyini hiss etmirsiniz. Yalnız monitorda dəyişən rəqəmlərə nəzər salırsınız. “Sport” rejimində DSG transmissiyası mühərrikin köməyi ilə ani olaraq sürəti artırmağa və ya avtomobili əyləcləməyə həmişə hazırdır. DSG transmissiyasının iş alqoritmi saz vəziyyətdədir və əl rejiminə keçməyə ehtiyac duymursan.
Asqı, belə deyək ki, normaldır, yəni bir qədər sərtdir, amma bu sərtlik əndazəni aşmır. Avtomobil sükan çarxının fırlanmasına adekvat reaksiya verir və Polo hətta yüksək sürətlə döndükdə belə, yanlara o qədər də meyllənmir.
Volkswagen AG konserni yeni Polo-nun həm texniki detallarına, həm də xarici görkəminə xeyli yeniliklər gətirib. Polo-nu çox vaxt kiçik “Golf” adlandırırlar, yəqin ki, bu fikirdə həqiqət var. Avtomobilin dizaynı Scirocco və Golf VI modelləri ilə başlayan Volkswagen avtomobillərinin yeni simasının davamıdır. Onun Scirocco ilə oxşarlığı hər şeydən əvvəl “təbəssümlü simasından” sezilir. “Beşinci” Polo avtomobili yetkinləşib, qabaritləri böyüyüb, xətləri daha çox idmansayağı, müasir və təzə olub. Bütün bunlardan əlavə, Volkswagen Polo almansayağı səliqəli və harmoniyalı avtomobildir və balanslaşdırılmış formaları ilə seçilir.
Əvvəllər olduğu kimi, Polo avtomobil bolluğundan boğulan şəhər yollarının tələblərinə cavab verən nəqliyyat vasitəsidir. Qənaətcil və səs-küysüz mühərriklər, keyfiyyətlə işlənmiş interyer (nə qədər sadə olsa belə), xoşagələn zahiri dizayn – bir sözlə, hər şey bu alman avtomobilinin yaxşı avtomobil olduğuna dəlalət edir.