Volkswagen dünyasına xoş gəlmişsiniz.
Polo Golf Eos Jetta Passat Passat CC Tiguan Touran Touareg Phaeton Kommersiya Avtomobill?ri
>Bizim Şirkət
>Kompaniyalar
>Kredit kalkulyatoru
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>www.tiguan.az
Volkswagen Hybrid.
Volkswagen Touareg yeni hybrid.
Volkswagen şirkəti hibrid avtomobilin prototipi haqda ilk məlumatı yayımlayıb. Touareg krossoverinin bazasında hazırlanan bu hibridin seriyalı istehsalı isə artıq gələn il reallaşacaq. Volkswagen-nın rəsmi məlumatında bildirilir ki, avtomobilin güc qurğusuna mexaniki kompressorlu benzin aqreqat, elektromühərrik və onu qidalandıran nikel-metalhidrid akkumulyatorlar daxil olacaq.

50 km/saat-a qədər sürətlə hərəkət etdikdə hibrid krossover yalnız 52 at güclü elektromühərrikdən istifadə edir. Bu sürət göstəricisini keçdikdə və yaxud güclü sürətlənmə zamanı 333 “atlıq” benzin aqreqatı işə düşəcək. Transmissiya qismində 8 pilləli avtomatik sürət qutusu cıxış edir. Hibrid krossoverin “100”- ə qədər sürətlənməsinə 6.8 saniyə sərf olunacağı bildirilir. Avtomobilin orta yanacaq sərfiyyatı təxminən 9 litr təşkil edəcək. Akkumulyatorların doldurulması isə tormozlanma zamanı yaranan enerjinin reqenerasiya sistemi sayəsində mümkün olacaq.

Touareg Hybrid-in rəsmi təqdimatının cari ilin ikinci yarısında baş tutacağı gözlənilir. Avtomobil qiyməti haqda isə informasiya hələ ki, yoxdur.