 |

Golf üçün ən əsası, sizin rahatlıqınız və avtomobili sürməkdən aldığınız həzzdir. Siz onun gücünü , cəlb edici dizayn təsvir olunmuş idman dinamikasını hiss edəcəksiniz. Bütün bu incəliklər Golfun əfsanəvi avtomobil edən texnoloji innovasiyaları göstərir. |
|

Yerindən asılı olmayaraq Yeni Golfda siz həmişə özünüzü evdəki kimi hiss edəcəksiniz. İndi isə əvvəlkindən də çox azadsınız, axı, avtomobildən gözlədiyiniz yaxşı nə varsa, xidmətinizdədir. |
|

Yeni Golf yenə də özünə rəqib qörmür: öz klassında ən ciddi və təhlükəsiz avtomobildir, ayrıca iqlim-nəzarət klassında birinci, ikipilləli əyləc gücləndiricisi, sükanın elektromexanik servogücləndiricisi, dörddəstəkli arxa asması, sürüşməyə qarşı sistemin unikal ötürücü qutusu - bütün bunlar onun üstünlüyünün sadicə kiçik bir hissəsidir. |
|

Yeni Golf unikal dizayn ənənəsini sözsüz ki davam etdirəcək, özlüyündə - istər vizual, istərsə də texniki baxımdan - bu təkamüldə ən əhəmiyyətli avtomobil yeniliyini təmsil edir. Dizaynerlər komandası, emosional vurğuların yeni cür düzüldüyü, Golf-un parlaq və dinamik görkəmini formalaşdırmağa nail olublar. |
|

Salon erqonomikliyinə görə də inam doğurur. Bütün idarəetmə elementləri məhz onları görmək istədiyiniz yerdədirlər .Buna görə də onlardan, yolu müşahidə etməkdən yayınmadan, intuitiv istifadə etmək olar. Yeni Golf-un salonu – əsl rahatlığın nümunəsidir. |
|

Arxa oturacaqların rahatlığına və mövcud məkanına görə yeni Golf öz klassında yenidən etalona çevrilib. Uzun yollarda Golf-un mükəmməlliyi təkcə rahatlıqla tamamlanmır. Onun geniş yük yerində çətinlik çəkmədən hətta iri əşyalar yerləşdirmək olar. Yük yerinin tutumu 350 litrə qədər çatdırılıb. |
|

Yeni Golf-a quraşdırılmış bütün mühərriklər aşağı istehlak xərcləri ilə fərqlənirlər, onların qənaətcilliyi isə avtomobilin böyük gediş ehtiyatını təmin edir. İstənilən səyahətdə Siz mənzil başına çatacağınıza tam əmin ola bilərsiniz.
|
|

Manevrliyin, rahatlığın və qənaətcilliyin yeni dəb yaradıcısı - 103 kVt / 140 at gücündə olan və maksimal fırlanma momenti 320 Hm olan ikilitrli TDI dizel mühərrikidir. Güclü dördsilindrli mühərrik yeni altıpilləli avtomotik ötürücü qutusu ilə təhciz olunub.
|
|

ESP-nin effektini qabaq və arxa əyləcləri, ikipilləli əyləcin gücləndiriciləri, differensialın elektron blokirovkaları və antiblokirovka sistemi möhkəmləndirir.Bu sistemlər birlikdə hətta gözlənilməz əyləmə zamanı bütün dörd təkərin yetərincə tez dayanmasını təmin edir.
|